Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2013 09:00

"NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçirlir


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2013-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu başlayıb.
Dörd gün davam edəcək kurs müddətində NATO-nun mobil təlim qrupu tərəfindən iştirakçılara "NATO-nun əməliyyat planlaşdırma prosesi", "Əməliyyatın planlaşdırma mərhələləri və planlaşdırma qrupları", "Planlaşdırma sənədləri", "Strateji sənədlər", "Əməliyyatın inkişaf konsepsiyası və ssenarisi", "Əməliyyatın son nəticəsinin, strateji məqsədlərin və məhdudiyyətlərin müəyyən edilməsi" və s. mövzular barədə brifinqlər veriləcək və sinif təlimləri keçirləcək.