Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 30 Sentyabr 2013 09:00

Əfqanıstanda təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrinn tərkibində xidmət01.10.2013-Aprel 2014Kabil, Əfqanıstan NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-nun ‘məliyyat planlaşdırma prosesi” mövzusunda təlim kursu 01- 04.10.2013Bakı, Azərbaycan Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən 01- 11.10.2013 Qərargah tibb zabitləri üçün təməl kurs Kaunas, Litva “Əməliyyat imkanları konsepsiyası / qiymətləndirmə və rəy proqramı” üzrə illik konfrans 02-03.10.2013 Almatı, Qazaxıstan Azərbaycan-ABŞ iş planına əsasən 02.10.2013-22.07.2014 Partlamamış maddələrin zərələşdirilməsi üzrə beynəlxalq kurs San-Antonio, ABŞ Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən 07- 09.10.2013 “Mühəndis xidməti üzrə ekspert görüşü” Bakı, Azərbaycan NATO qərargah zabitləri üçün tanışlıq kursu 07-11.10.2013Oberamerqau, AFR “Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu”07-11.10.2013 Brüssel, Mons, Belçika Azərbaycan-Tacikistan ikitərəfli əməkdaşlıq planına əsasən 08-09.10.2013 Hərbi-texniki əməkdaşlıq məsələlərin müzakirəsi məqsədilə ekspertlərin işçi görüsü Düşənbə, Tacikistan “NATO daxilində standartlaşdırma” kursu 08-17.10.2013Varşava, Polşa Hərbi-mülki əməkdaşlıq / döyüş sursatının təhlükəsizliyi və ehtiyatların idarəolunması kursu 14-18.10.2013Cenevrə, İsveçrə Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən14.10.2013-10.10.2014 Təməl hərbi dəniz təliminə hazırlıq və təməl hərbi dəniz təlimi (zabitlər üçün) kursu Dartmus, Böyük Britaniya

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu uğurla davam etdirilir 27 Sentyabr 2013 09:00

"N" hərbi hissəsinə baş çəkən bir qrup ziyalılarımızın fikirləri bunu deməyə əsas verirXəbər verildiyi kimi, sentyabrın 17-də tərkibinə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Eldar Sabiroğlunun, xalq yazıçısı Anarın, Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəblinin, Parlamentin təhlükəsizlik komitəsi sədrinin müavini Aydın Mirzəzadənin, xalq artistləri Amaliya Pənahovanın və Nurəddin Mehdixanlının, eləcə də uzun illər hərbi xidmətdə olmuş Mehdi Mehdiyevin daxil olduqları bir qrup ziyalı Tərtər rayonunun Borsunlu kəndindəki təmas xəttinin müdafiə zolağına getmiş, əsgərlərin həyat və məişət şəraiti ilə yaxından tanış olmuşlar.

Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə "ETERNITY 2013" kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir 26 Sentyabr 2013 09:00

Sentyabrın 23-dən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə "ETERNITY 2013" kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.

Monitorinq baş tutdu 25 Sentyabr 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 25-də Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Azərbaycan Respublikasının müdafiə naziri İtaliya Respublikasının və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib 25 Sentyabr 2013 09:00

Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri Campaolo Kutillonu və İrfan Siddiqi qəbul edib.

Təmas xəttində monitorinq keçiriləcək 24 Sentyabr 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 25-də Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Bir qrup ziyalının cəbhə bölgəsinə səfəri olub 18 Sentyabr 2013 09:00

Azərbaycan ordusu işğal olunmuş torpaqları hər an azad etməyə hazırdır.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 13 Sentyabr 2013 09:00

NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Çavuşlar üçün təlim kursu”16-20.09.2013 Bakı, Azərbaycan Müstəsna iqtisadi zonanın mühafizəsi üzrə zabitlər üçün kursu 16.09-11.10.2013 Kollinqvud, Böyük Britaniya Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən 16.09.2013-11.10.2013 Donanma təcrübəsi İstanbul, Türkiyə Azərbaycan-Sloveniya ikitərəfli əməkdaşlıq planına əsasən 16.09-05.12.2013 “Təkmilləşdirilmiş ingilis dili” kursu Novo Qoritsa, Sloveniya Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 16-20.09.2013 “Silahlı Qüvvələr demokratiyada” mövzusunda seminarŞtrausberq, AFR Azərbaycan-Tacikistan hərbi əməkdaşlıq planı 18-19.09.2013 Tacikistan Respublikası SQ nümayəndə heyətinin hərbi təhsil sistemi, Tacikistan kursantlarının təhsilinin gedişi, hərbi intizamı və yaşayış şəraiti ilə tanışlıq məqsədilə Azərbaycan Respublikasına səfəri Bakı, Azərbaycan Azərbaycan-ABŞ iş planına əsasən 18-20.09.2013 2-ci regional hərbi tibbi konfransı Belqrad, Serbiya “Eternity 2013” kompüter dəstəkli komanda-qərargah təlimi 23-27.09.2013 Bakı, Azərbaycan Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən 23-27.09.2013 Hərbi limanın inşası üzrə təcrübə mübadiləsi Kil, AFR “Taktiki səviyyədə hərbi-mülki əməkdaşlıq (CİMİC)” kursu 23.09-04.10.2013 Ankara, Türkiyə Hərbi dəniz əməliyyatları üzrə terminologiya kursu 23.09-04.10.2013 Souda Bay, Yunanıstan Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən 24-25.09.2013 Hərbi hüquq üzrə ekspert danışıqları Bakı, Azərbaycan Azərbaycan-ABŞ iş planına əsasən 24-27.09.2013 6-ci illik beynəlxalq hüquq konfransı Sofiya, Bolqarıstan NATO sülhün dəstəklənməsi əməliyyatları üzrə kurs 30.09-04.10.2013 Oberamer, AFR

Monitorinq baş tutdu 13 Sentyabr 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 13-də Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 12 Sentyabr 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 13-də Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.