Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2013 09:00

Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə "ETERNITY 2013" kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir


Sentyabrın 23-dən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə "ETERNITY 2013" kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir. Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisləri, NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti, Amerika Birləşmiş Ştatlarının hərbi dəniz, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin hərbi attaşeləri iştirak ediblər.