AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
General Lənkəran Əliyev, deyəsən, öz günahını anlamaq istəmir və məhkəmənin qanuni qərarını şəxsi maraqlarına uyğun olaraq şübhə altına alır.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Aprelin 23-27-də Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Beynəlxalq Qırmızı Xaç komitəsinin Bakı ofisi tərəfindən Silahlı Qüvvələrin hərbi qulluqçularına Beynəlxalq Humanitar hüquq mövzusunda təlim kursu keçirilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 26-da saat 17.15-dən 17.19-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri; - saat 10.30-dan 10.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- aprelin 27-də saat 01.00-dan 01.30-dək Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukrayna Baş Prokurorluğu hərbi prokurorluq baş idarəsinin rəisi, baş prokurorun müavini Yuriy Viytevi qəbul edib.
Aprelin 25-də Bakıda Azərbaycan-ABŞ iş planına əsasən «Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr» mövzusunda seminar başlayıb.
Müdafiə nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən cari ilin 24-27 aprel tarixlərində Müdafiə Nazirliyinin mütəxəssisləri ilə NATO Maddi-Texniki Təminat (MTT) üzrə ekspert qrupu arasında işçi görüşü keçirilir.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 16-da saat 10.55-dən 11.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi; - saat 17.35-dən 17.45-dək və 21.20-dan 22.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi;- saat 18.35-dən 18.40-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərində yerləşən mövqelərimizi;- saat 12.40-dan 12.45-dək Füzuli rayonunun Horadiz kəndi yaxındlığında yerləşən mövqelərdən;- saat 18.30-dan 18.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 19.00-dan 19.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 23.15-dən 23.25-dək və 23.20-dən 23.25-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Aprelin 17-də Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.