Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2012 09:00

Müdafiə Nazirliyinin mütəxəssisləri ilə NATO Maddi-Texniki Təminat üzrə ekspert qrupu arasında işçi görüşü keçirilir

Müdafiə nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən cari ilin 24-27 aprel tarixlərində Müdafiə Nazirliyinin mütəxəssisləri ilə NATO Maddi-Texniki Təminat (MTT) üzrə ekspert qrupu arasında işçi görüşü keçirilir.
İşçi görüşünün əsas məqsədi Azərbaycan Respublikası və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (İPAP) MTT üzrə qəbul edilmiş Tərəfdaşlıq məqsədlərinin səmərəli həyata keçirilməsinə yardım etməkdən ibarətdir. Tədbir zamanı MTT üzrə prosedurlar, nəzəri və praktiki aspektlər, MTT əməkdaşlıq sahəsi çərçivəsində Hərbi təhsil və təlim, əldə edilmiş təcrübələrin qarşılıqlı öyrənilməsi kimi məsələlər üzrə təcrübə mübadiləsi aparılır.