Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 12 Dekabr 2011 00:01

Dekabrın 12-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı baş plan və prinsiplər idarəsinin rəisi korpus generalı Mehmet Emin Alpmanı qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 12 Dekabr 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 11-də saat 23:45-dən 23:49-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Əskipara kəndində yerləşən mövqelərimizi, dekabrın 12-də saat 00:10-dan 00:20-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05:00-dan 05:10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 12 Dekabr 2011 00:00

Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı Uilyam Freyzeri qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 10 Dekabr 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 9-da saat 17:00-dan 17:10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qoşa kəndində yerləşən mövqelərimizi, saat 12:10-dan 12:20-dək və 18:50-dən 19:00-dək Ağdam rayonunun Qaraqaşlı və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 19:30-dan 20:00-dək fasilələrlə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21:45-dən 21:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21:25-dən 22:00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən dekabrın 10-da saat 00:00-dan 00:20-dək və 01:50-dən 02:20-dək Tərtər rayonunun Göyarx və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 10 Dekabr 2011 00:00

Dekabrın 9-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ayrı-ayrı hərbi hissələrin nümayandələrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin məlumatı 9 Dekabr 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 8-də saat 11:50-dən 12:30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi, saat 18:15-dən 18:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18:00-dan 18:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20:20-dən 20:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 7 Dekabr 2011 00:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 8-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 3 Dekabr 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 2-də saat 20:20-dən 20:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 3-də saat 03:30-dan 03:50-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03:40-dan 03:50-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 2 Dekabr 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 1-də saat 14:50-dən 15:00-dək və 16:15-dən 16:25-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi, saat 17:15-dən 17:30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 1 Dekabr 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 30-da saat 16:00-dan 16:15-dək və 18:40-dan 18:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17:05-dən 17:10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.