Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 9-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ayrı-ayrı hərbi hissələrin nümayandələrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anma mərasimi keçirilib. Mərasim iştirakçıları Heydər Əliyev muzey- lektoriyasının geniş ekspozisiyası ilə tanış olub, Ümummilli Liderin həyat və xidmətlərini əks etdirən foto və sənədlərə baxıblar. Mərasim “Heydər Əliyev və ordu quruculuğu” sənədli filminin və “Əbədi Məşəl” ədəbi-bədii-musiqili kompazisiya ilə davam edib. Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında Ulu Öndər haqqında mahnı və şerlər səslənib.
Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəsissələrində ümummilli lider Heydər Əliyevin anma mərasimləri keçirilməkdə davam edir.