AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı Uilyam Freyzeri qəbul edib.
Görüşdə regiondakı vəziyyət, ABŞ-Azərbaycan hərbi-siyasi əlaqələrinin mövcud durumu və inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Antiterror əməliyyatları və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də görüşün əsas müzakirə mövzularından olub.