AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 22-də saat 12:45-dən 12:55-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 16:50-dən 17:00-dək, 16:30-dan 17:17-dək və 20:15-dən 20:30-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi, saat 14:30-dan 14:35-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17:00-dan 17:20-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 21-də saat 10:00-dan 10:15-dək, 22:10-dan 22:20-dək, 23:05-dən 23:40-dək və 23:35-dən 23:40-dək Ağdam rayonunun Cəvahirli və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10:15-dən 10:30-dək və 13:00-dan 13:15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15:00-dan 15:20-dək və 19:10-dan 19:15-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22:00-dan 22:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 20-də saat 18:50-dən 18:55-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 21:00-dan 21:10-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi, saat 18.25-dən 18.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Cəbhədə vəziyyət yenidən gərginləşib.
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 18-də saat 09:15-dən 09:45-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi, saat 17:23-dən 17:35-dək Ermənistan Respublikasının Berd rayonunun Qarasu kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 09:40-dan 09:50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20:40-dan 21:10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Ordusu Naxçıvan hərbi birləşməsində növbəti genişmiqyaslı təlimlərə başlayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 16-da saat 11:30-dan 11:50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14:50-dən 15:00-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 12:55-dən 13:10-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 17-də saat 04:00-dan 04:10-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04:30-dan 04:35-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 15-də saat 20:50-dən 21:25-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi saat 10:50-dən 11:05-dək, 11:00-dan 11:10-dək və 22:50-dən 22:54-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 14-də saat 23:20-dən 23:30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18:10-dan 18:20-dək, 22:00-dan 22:05-dək və sentyabrın 15-də saat 02:20-dən 02:40-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 05:20-dən 05:35-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.