Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 21-də saat 10:00-dan 10:15-dək, 22:10-dan 22:20-dək, 23:05-dən 23:40-dək və 23:35-dən 23:40-dək Ağdam rayonunun Cəvahirli və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10:15-dən 10:30-dək və 13:00-dan 13:15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15:00-dan 15:20-dək və 19:10-dan 19:15-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22:00-dan 22:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.  
Düşmən cavab atəşi ilə susdurulub.