Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 22-də saat 12:45-dən 12:55-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi,  saat 16:50-dən 17:00-dək, 16:30-dan 17:17-dək və 20:15-dən 20:30-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi, saat 14:30-dan 14:35-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17:00-dan 17:20-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.