Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 12 Aprel 2011 00:00

Aprelin 12-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ABŞ-ın Müdafiə Departamentinin Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində epidomoloji monitorinq laboratoriyasının açılışı olub.

Müdafiə Nazirliyinin məlumatı 11 Aprel 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-da saat 19:20-dən 19:25-dək və 19:50-dən 19:55-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 22:20-dən 22:30-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 11 Aprel 2011 00:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 13-də Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 9 Aprel 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 8-də saat 10:50-dən 10:55-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, saat 19:35-dən 19:45-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 09:30-dan 09:45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 10:00-dan 10:10-dək və 14:30-dan 14:40-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20:40-dan 20:50-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 8 Aprel 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 7-də saat 22:15-dən 22:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 8-də saat 00:10-dan 00:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 7 Aprel 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-da saat 21:30-dan 21:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 23:14-dən 23:20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 7-də saat 02:10-dan 02:15-dək və 02:20-dən 02:27-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Alxanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 7 Aprel 2011 00:00

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə milli müdafiə naziri Vecdi Gönülün dəvəti ilə aprelin 7-də Ankaraya rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin məlumatı 6 Aprel 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 5-də saat 22:40-dan 22:50-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 23:25-dən 23:35-dək və aprelin 6-da saat 04:20-dən 04:25-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 5 Aprel 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 4-də saat 21:55-dən 22:30-dək və aprelin 5-də saat 02:35-dən 03:00-dək Tərtər rayonunun Seysulan və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00:45-dən 01:00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 4 Aprel 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 3-də saat 15:40-dan 16:00-dək və 23:45-dən 23:55-dək Tərtər rayonunun Qızıloba və Nəmirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.