AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə milli müdafiə naziri Vecdi Gönülün dəvəti ilə aprelin 7-də Ankaraya rəsmi səfərə yola düşüb.
Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Müdafiə naziri S.Əbiyevin Türkiyənin yüksək dövlət səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.