Aprelin 12-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ABŞ-ın Müdafiə Departamentinin Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində epidomoloji monitorinq laboratoriyasının açılışı olub. Mərasimdə çıxış edən Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov nazir Səfər Əbiyevin adından iştirakçıları salamladıqdan sonra, ikitərəfli hərbi əməkdaşlıq sazişinə uyğun olaraq ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdiyini bildirib. Tədbirdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza da çıxış edib. Mərkəzin açılışından sonra iştirakçılar laboratoriyalarla tanış olublar.
Epidemioloji mərkəz xüsusi təhlükəli infeksiyalara nəzarət, müasir avadanlıqlar vasitəsilə bioterrorizmə qarşı mübarizə aparılması, onların aşkar edilərək müəyyənləşdirilməsi və bu kimi vacib məqsədlər üçün yaradılıb.