Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 13 Aprel 2010 00:01

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirləri şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.

Müdafiə Nazirliyinin məlumatı 13 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 12-də saat 16:00-dan 16:05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 15:45-dən 16:05-dək və 16:25-dən 16:35-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22:15-dən 22:40-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22:35-dən 22:45-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 13-də saat 00:05-dən 00:15-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 12 Aprel 2010 00:02

Aprelin 12-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev NATO Parlament Assambleyası Siyasi Komitəsinin NATO Tərəfdaşlığı üzrə Alt Komitəsinin sədri Rayner Stinnerin rəhbərliyi ilə ölkəmizə gəlmiş nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 12 Aprel 2010 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 13-də Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolu yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 12 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 11-də saat 16:30-dan 16:35-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- saat 20:20-dən 20:25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- saat 12:30-dan 12:40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16:50-dən 17:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 10 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 9-da saat 16:15-dən 16:30-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 9 Aprel 2010 00:01

Tədbirlərin siyahısı Beynəlxalq Dənizçilik yarışması11-17.04.2010İstanbul, TürkiyəFTP-dən əlavə11-24.04.2010 Qara Dəniz Təhlükəsizlik Proqramı üzrə kurs Lyublyana, Sloveniya, Paris, Fransa, Boston, ABŞDəniz İnfrastrukturunun Mühafizəsi simpoziumu12-14.04.2010Manama, BəhreynFTP-dən əlavə12-16.04.2010 Kiber-terrorizmlə mübarizə kursuAnkara, TürkiyəNATO Qərargah zabitləri üçün tanışlıq kursu12-16.04.2010Oberammerqau, AlmaniyaHərbi Dəniz əməliyyatları üzrə terminologiya kursu12-16.04.2010Altınova-Yalova, Türkiyə e-PRİME üzrə təlim kursunda iştirak12-16.04.2010Bakı, Azərbaycan FTP-dən əlavə 12-23.04.2010 “Biliklərin təkmilləşdirilməsi və idarə edilməsi” kursuAnkara, TürkiyəFTP-yə əsasən12.04-02.07.2010 Hərbi ingilis dili kursuBudapeşt, MacarıstanNATO/ABŞ Təlim Tədris üzrə ekspert qrupunun səfəri12-13.04.2010Bakı, AzərbaycanQaraciyər xəstəlikləri konfransı12-19.04.2010Vyana, Avstriya Terrorizmlə mübarizə üzrə işçi qrupunun görüşü 13 -15.04.2010Sarayevo, Bosniya və Hersoqovina6-cı Ordu Korpusu Komandanlığı və Aralıq Dənizi Bölgə komandanlığı tərəfindən keçiriləcək tədbirdə iştirak 13 -15.04.2010Adana, Hatay, Mersim, TürkiyəAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən13 -16.04.2010 Nizamnamə və normativ sənədlərin hazırlanması üzrə işçi görüşüAnkara, TürkiyəFTP-dən əlavə15.04-24.06.2010 4-cü Beynəlxalq Qərargah zabitləri kursuLiptovski Mikulaş, SlovakiyaAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən18.04.2010-08.04.2011 Sualtı müdafıə xüsusi ixtisas kursu İstanbul, TürkiyəAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən19-20.04.2010 “Azərbaycan-Türkiyə SAT/SAS təlimi 2010” planlaşdırma toplantısıBakı, AzərbaycanNATO ekspert qrupu ilə IPAP üzrə müzakirələrin aparılması19-20.04.2010Bakı, AzərbaycanƏfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin Qərargahına təyin olunması nəzərdə tutulmuş zabitlər üçün kurs19-23.04.2010Oberammerqau, AlmaniyaFTP-dən 19-23.04.2010 Humanitar mina tədbirləri və hərbi mövzusunda kursCenevrə, İsveçrəFTP-dən 19-22.04.2010 Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları nümayəndə heyətinin səfəriBakı, AzərbaycanAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən19-23.04.2010 Azərbaycan Ali Hərbi Məktəbi ilə Türkiyə Quru Qoşunları Hərbi Məktəbi arasında müəllim mübadiləsiBakı, AzərbaycanHərbi təlimin planlaşdırılması mövzusunda kurs19-24.04.2010 Oberammerqau, Almaniya Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu 19-29.04.2010 Brüssel, Mons, Belçika.

Müdafiə Nazirliyinin məlumatı 9 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 8-də saat 13:00-dan 13:20-dək fasilələrlə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- saat 20:00-dan 20:05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:20-dən 22:45-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;- aprelin 9-da saat 00:40-dan 01:05-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 8 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 7-də saat 10:30-dan 11:00-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi;- saat 11:50-dən 12:00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 21:40-dan 21:55-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 7 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 6-da saat 16:50-dən 17:15-dək və 18:00-dan 18:25-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 22:45-dən 22:55-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 23:10-dan 23:25-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 7-də saat 04:10-dan 04:25-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Koxanəbi kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.