Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Aprel 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 6-da saat 16:50-dən 17:15-dək və 18:00-dan 18:25-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:45-dən 22:55-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:10-dan 23:25-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 7-də saat 04:10-dan 04:25-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Koxanəbi kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.