AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 18:00-dan saat 18:25-dək Tovuz rayonunun Qaralar kəndinin 2 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Oktyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 23:20-dən saat 23:35-dək Ağdam rayonunun işğal olunmuş Sarıcalı kəndinin 1 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Oktyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Parlament Assambleyası Gələcək Təhlükəsizlik və Müdafiə İmkanları Alt Komitəsinin Sədri cənab Vahid Ərdəmi və nümayəndə heyətini qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 13-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Oktyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu qəbul etmişdir.
Oktyabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayzeni qəbul etmişdir.