AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 12-dən 16-dək Kilkis şəhərində (Yunanıstan) “Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatlarında maddi-texniki təminat” kursu, yanvarın 13-dən 15-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Kooperativ Best Effort-04” təliminin ilkin planlaşdırma konfransı və yanvarın 13-dən fevralın 20-dək Viskov şəhərində (Çexiya Respublikası) “Sülhü dəstəkləmə əməliyyatları təlimatçıları üçün kurs” keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 9-dan aprelin 16-dək Sofiya şəhərində (Bolqarıstan Respublikası) “İngilis dili kursu”, yanvarın 10-dan 14-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Qərargah zabitləri üçün tanışlıq kursu”, yanvarın 10-dan aprelin 1-dək Budapeşt şəhərində (Macarıstan) “Hərbi ingilis dili kursu” və yanvarın 10-dan fevralın 9-dək Vişkov şəhərində (Çex Respublikası) “Sülhməramlı əməliyyatlar üzrə təlimatçılar üçün kurs” keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 8-də Azərbaycan Respublikası və Ermənistan respublikası silahlı qüvvələrinin Ağdam rayonunun Şıxlar kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Yanvarın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi qəbul etmişdir.