Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 24 Mart 2003 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uygun olaraq, martın 25-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 24 Mart 2003 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 24-dən 27-dək Bişkek şəhərində (Tacikistan Respublikası) Transxəzər sərhəd təhlükəsizliyi seminarı, martın 24-dən 28-dək Mindenhol şəhərində (Böyük Britaniya) “MEDCEUR/RESCVER-03” təlimlərinin yekun planlaşdırma konfransı, İstanbul şəhərində (Türkiyə Respublikası) “ALLİED ACTİON-03” təlimlərinin əsas planlaşdırma konfransı, martın 24-dən aprelin 4-dək Karup şəhərində (Danimarka) “COOPERATIVE JAGUAR 03” təlimi, martın 24-dən aprelin 11-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Əməliyyat Qərargah zabitləri üçün tanışlıq kursu, Andermatt şəhərində (İsveçrə) Qış dağ təlimi kursu, martın 26-dan 27-dək Lvov şəhərində (Ukrayna) “Rough and Ready” qəzalar zamanı xilasetmə əməliyyatları üzrə təlimin Yekun Planlaşdırma Konfransı və Mons şəhərində (Belçika Krallığı) “Kooperativ Zenit-04” Təliminin İlkin Planlaşdırma Konfransı keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 17 Mart 2003 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uygun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 17-dən 20-dək Verona şərində (İtaliya Respublikası) “COOPERATIVE BEST EFFORT-03” təlimlərinə hazırlıq üzrə əsas Seminar, martın 17-dən 21-dək Budapeşt şərində (Macarıstan) NATO-nun Regional Mülki-Hərbi Əməkdaşlığının Əməliyyat Əlaqələndirilməsi üzrə kurs və Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Qərargah zabitləri üçün tanışlıq kursu, martın 17-dən 27-dək Brüssel şərində (Belçika Krallığı) NATO-nun Beynəlxalq Hərbi Qərargahı tərəfindən Əlaqələndirmə Qrupu ilə “Tərəfdaş Qərargah zabitləri ilə tanışlıq proqramı” mövzusunda birgə Seminar, martın 17 dən 28-dək Brunsum şəhərində (Hollandiya) Qərargah zabitləri üçün ingilis dilinin hərbi terminologiyası üzrə kurs, Münxen şəhərində (Almaniya Federativ Respublikası) Hərbi İngilis dili müəllimləri üçün İngilis dilinin terminologiyası və tədris metodları üzrə kurs, Ankara şəhərində (Türkiyə Respublikası) SNT Təlimlərinin planlaş¬dırılması üzrə kurs və martın 18-dən 22-dək Brüssel şəhərində (Belçika Krallığı) “COMBİNED ENDEAVOR-2003” təliminin Yekun Planlaşdırma Konfransı keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 10 Mart 2003 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Almaniya Federativ Respublikasının Spankdahlem şəhərində martın 9-dan 16-dək Hava Hərəkətinin idarəolunması əməliyyatları üzrə tanışlıq kursu, Oberammerqau şəhərində martın 10-dan 17-dək Ehtiyatların idarə olunması üzrə təhsil proqramı kursu, Aahen şəhərində martın 10-dan 20-dək Maddi-Texniki Təminat üzrə kurs; Türkiyə Respublikasının Ankara şəhərində martın 10-dan 21-dək Silahlı Münaqişələr hüququ üzrə və Hava Məkanına nəzarət üzrə hərbi terminologiya kursları; İtaliya Respublikasının Roma şəhərində martın 10-dan 22-dək “Avropada Adi Silahlar haqqında Müqavilə” üzrə inspektorlar üçün kurs; Belçika Krallığının Brüssel şəhərində martın 12-də NATO-nun Neft Kəməri Komitəsinin növbəti görüşü; Gürcüstanda martın 13-dən 26-dək Almaniya Federativ Respublikasının Verifikasiya Mərkəzi tərəfindən Vyana-99 sənədi çərçivəsində inspeksiya keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 4 Mart 2003 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 3-dən 7-dək Eksjö şəhərində (İsveç Krallığı) Mina təhlükəsi üzrə tədris kursu və Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Tərəfdaş ölkələr üçün yerüstü Hava Hücumundan Müdafiə vasitələri üzrə kurs, martın 3-dən 14-dək Budapeşt şəhərində (Macarıstan) Hava Əməliyyatları üzrə ingilis dili kursu, martın 4-dən 6-dək Fərqanə şəhərində (Özbəkistan) Təbii fəlakətlərə cavabvermə üzrə keçiriləcək təlimin Yekun Planlaşdırma Konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 Mart 2003 00:01

Martın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycan Respublikasından fövqəladə və səlahiyyətli səfiri xanım Marqarita Kostanı, Türkiyə Respublikası və Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi birinci dərəcəli kapitan Marko Kuçizi qəbul etmişdir.