Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Mart 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 24-dən 27-dək Bişkek şəhərində (Tacikistan Respublikası) Transxəzər sərhəd təhlükəsizliyi seminarı, martın 24-dən 28-dək Mindenhol şəhərində (Böyük Britaniya) “MEDCEUR/RESCVER-03” təlimlərinin yekun planlaşdırma konfransı, İstanbul şəhərində (Türkiyə Respublikası) “ALLİED ACTİON-03” təlimlərinin əsas planlaşdırma konfransı, martın 24-dən aprelin 4-dək Karup şəhərində (Danimarka) “COOPERATIVE JAGUAR 03” təlimi, martın 24-dən aprelin 11-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Əməliyyat Qərargah zabitləri üçün tanışlıq  kursu, Andermatt şəhərində (İsveçrə) Qış dağ təlimi kursu, martın 26-dan 27-dək Lvov şəhərində (Ukrayna) “Rough and Ready” qəzalar zamanı xilasetmə əməliyyatları üzrə təlimin Yekun Planlaşdırma Konfransı və Mons şəhərində (Belçika Krallığı) “Kooperativ Zenit-04” Təliminin İlkin Planlaşdırma  Konfransı keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.