Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Mart 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uygun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 17-dən 20-dək Verona şərində (İtaliya Respublikası) “COOPERATIVE BEST EFFORT-03” təlimlərinə hazırlıq üzrə əsas Seminar, martın 17-dən 21-dək Budapeşt şərində (Macarıstan) NATO-nun Regional Mülki-Hərbi Əməkdaşlığının Əməliyyat Əlaqələndirilməsi üzrə kurs və Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Qərargah zabitləri üçün tanışlıq kursu, martın 17-dən 27-dək Brüssel şərində (Belçika Krallığı) NATO-nun Beynəlxalq Hərbi Qərargahı tərəfindən Əlaqələndirmə Qrupu ilə “Tərəfdaş Qərargah zabitləri ilə tanışlıq proqramı” mövzusunda birgə Seminar, martın 17 dən 28-dək Brunsum şəhərində (Hollandiya) Qərargah zabitləri üçün ingilis dilinin hərbi terminologiyası üzrə kurs, Münxen şəhərində (Almaniya Federativ Respublikası) Hərbi İngilis dili müəllimləri üçün İngilis dilinin terminologiyası və tədris metodları üzrə kurs, Ankara şəhərində (Türkiyə Respublikası) SNT Təlimlərinin  planlaş¬dırılması üzrə kurs və martın 18-dən 22-dək Brüssel şəhərində (Belçika Krallığı) “COMBİNED ENDEAVOR-2003” təliminin Yekun Planlaşdırma Konfransı keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.