Martın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycan Respublikasından fövqəladə və səlahiyyətli səfiri xanım Marqarita Kostanı, Türkiyə Respublikası və Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi birinci dərəcəli kapitan Marko Kuçizi qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq İtaliyanın Azərbaycanda akktreditə olunmuş yeni hərbi atteşesini vazifəsinin icrasına başlaması münasibətilə təbrik etmiş və ona uğurlar arzulamışdır.
Hərbi attaşe M.Kuçiz qeyd etmişdir ki, İtaliya və Azərbaycan Müdafiə Nazirlikləri arasında işgüzar münasibətlər yaratmaq üçün əlindən gələni əsirgəməyəcəkdir.
General-polkovnik S.Əbiyev Azərbaycan-İtayliya münasibətlərinin yaxşı vəziyyətdə olduğunu vurğulamış və bu əlaqələrin hərbi sahədə də normal inkişaf etdiyini söyləmişdir.
Sonra o, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəbləri və nəticələri haqqında qonaqlarla fikir mübadiləsi etmişdir. O, demişdir: “İşğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu münaqişə indiyədək öz həllini tapmamışdır”.
Azərbaycan-İtalyia hərbi əməkdaşlığı məsələsinə toxunan Müdafiə naziri demişdir ki, biz bu məsələyə böyük əhəmiyyət veririk. O, demişdir: “Biz arzu edirik ki, Azərbaycan-İtaliya hərbi münasibətləri iki dövlətin hökumətləri arasında imzalanmış saziş şəklində davam etdirilsin”.
Hərbi attaşe M.Kuçiz qeyd etmişdir ki, bu məsələ yəqin ki, yaxın zamanlarda öz müsbət həllini tapacaqdır.