AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Litva Respublikasının Müdafiə naziri Linas Linkyaviçusun dəvətilə avqustun 27-də Vilnüs şəhərinə rəsmi səfərə yola düşmüşdür.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 28-də Tərtər rayonunun Çiləbürt kəndi istiqamətində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində avqustun 27-si və 28-də Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Standartlaşdırma agentliyinin uçuşların təhlükəsizliyi üzrə işçi qrupunun görüşü və avqustun 27-dən 29-dək Vilnyus şəhərində (Litva) “Kooperativ Yaquar - 03” çoxmillətli sülhməramlı təlimlərin Əsas planlaşdırma konfransı keçiriləcəkdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 14-də Ağdam rayonunun Qaradağlı kəndi istiqamətində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Avqustun 8-də saat 21:45-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Nəmirli kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şimalında yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Avqustun 7-də düşmənlə təmas xəttində yerləşən “N” saylı hərbi hissənin zabiti, baş leytenant Babayev Kamal Boris oğlu, taqım komandiri, döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan güllədən aldığı ağır yaradan həlak olmuşdur.
Avqustun 8-dən 14-dək Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması təlimlərinin ikinci mərhələsi keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində avqustun 5-dən 9-dək Burqştad Şlayninq şəhərində (Avstriya) “Cənubi Qafqaz bölgəsində böhranların idarəolunması” mövzusunda seminar və avqustun 5-dən 16-dək Gölcük şəhərində (Türkiyə Respublikası) Xilasetmə və ilk yardım kursu keçiriləcəkdir.