Avqustun 8-dən 14-dək Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması təlimlərinin ikinci mərhələsi keçiriləcəkdir.
Avqustun 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin 2 nəfər zabiti Rusiya Federasiyası Xəzər Donanmasının dəniz toplantı-yürüş fazasını müşahidə etmək üçün Mahaçqala şəhərinə gələcəkdir.
Avqustun 12-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin baza tral gəmisi Dərbənd şəhərinin şimalındakı dəniz rayonunda Rusiya Federasiyası Xəzər Donanmasının gəmi dəstəsilə görüşərək, istehsal fəaliyyəti ərazilərinin mühafizəsi, Rusiya Federasiyası Xəzər Donanmasının və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri gəmilərinin manevrləri və qəzaya uğramış gəmilərə yardım göstərilməsi üzrə müştərək əməliyyatların keçirilməsində iştirak edəcəkdir.