Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 7-də düşmənlə təmas xəttində yerləşən “N” saylı hərbi hissənin zabiti, baş leytenant Babayev Kamal Boris oğlu, taqım komandiri, döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan güllədən aldığı ağır yaradan  həlak olmuşdur.
Baş leytenant Kamal Babayev 1978-ci ildə Bakı şəhərində anadan olmuş, 1998-ci ildə Bakı Dövlət Universitetini bitirmiş və 27 sentyabr 2000-ci il tarixdə Suraxanı Rayon Hərbi Komissarlığından Azərbaycan Silahlı Qüvvələrinə çağırılmışdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir, kədərinə şərik olur və onlara Allahdan səbr diləyir.
Baş leytenant Kamal Babayevin cənazəsi İkinci Şəhidlər xiyabanında dəfn ediləcəkdir.  
Allah rəhmət eləsin.