AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan Milli komandasının tərkibində çıxış edən Silahlı Qüvvələrin nümayəndələrini qəbul etmişdir.
Avqustun 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercanı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 28-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Yuxarı Çaylı yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının görüşündə iştirak etmək üçün avqustun 24-də Rusiya Federasiyasının Həştərxan şəhərinə yola düşmüşdür.
Avqustun 21-də, Kosovoda beynəlxalq sülhməramlı qüvvələrin tərkibində xidmət edən Azərbaycan taqımının bir qrup əsgərinin həqiqi hərbi xidmətinin başa çatması ilə əlaqədar, onları əvəz edəcək 1 zabit və 10 nəfər sıravi əsgərin Türkiyə Respublikasına yolasalma mərasimi keçirilmişdir.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Müharibə veteranlarından ibarət nümayəndə heyətini qəbul etmişdir.
Avqustun 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Ərdal Bucağın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.