Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 24 İyul 2000 00:00

İyulun 23-də saat 21:25-dən 21:40-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Ararat rayonunun Ucubiz yüksəkliyinin 2 km cənub-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Əjdəkan yüksəkliyindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 23 İyul 2000 00:00

İyulun 22-də saat 20:30-dan 21:05-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Vayk rayonunun Barsruni yaşayış məntəqəsinin 3 km cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Naxçıvan Muxtar Respublikası Babək rayonunun Kərməçataq kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 22 İyul 2000 00:00

İyulun 21-dən 22-nə keçən gecə saat 23:47-dən 00:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Berd rayonunun Çinari yaşayış məntəqəsi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsindəki mövqelərini iriçaplı pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 21 İyul 2000 00:00

İyulun 20-də saat 19:45-dən 20:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Baş Qərvənd kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrin bölmələrinin həmin rayonun Əhmədağalı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 19 İyul 2000 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı ordu generalı Attila Atəş iyulun 17-dən 19-dək Bakıda işgüzar səfərdə olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 13 İyul 2000 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın Müdafiə naziri ordu generalı Aleksandr Kuzmukun dəvətilə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 27 NATO üzvü və tərəfdaş dövlətin Silahlı Qüvvələri nümayəndələrinin iştirak etdiyi “Sülhün sipəri – 2000” çoxmillətli komanda-qərargah təlimlərində iştirak etmək üçün iyulun 13-də Lvov şəhərinə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 12 İyul 2000 00:00

İyulun 12-də 00:50-dən 02:25-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Murovdağın işğal olunmuş sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Xanlar rayonu ərazisindəki mövqelərini iriçaplı pulemyotlardan və atıcı silahlardan vaxtaşırı atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 7 İyul 2000 00:02

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 8-dən 22-dək Yavarovo təlim mərkəzində (Ukrayna) “Sülh qalxanı-2000” təlimləri, iyulun 10-dan 15-dək Buxarest şəhərində (Rumıniya) “Kooperativ key” təlimlərinin planlaşdırılması üzrə görüş, iyulun 10-dan 21-dək Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) kütləvi qırğın silahları haqqında xəbərdar etmək və məlumatın verilməsi üzrə kurslar və iyulun 10-dan 22-dək Konstansa şəhərində (Rumıniya) “Refkyu iql” təlimləri keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 7 İyul 2000 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 8-də Ermənistan-Azərbaycan cəbhəsinin Ömər aşırımı sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 4 İyul 2000 00:01

Azərbaycan Respublikasnın Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Amerika Birləşmiş Ştatlarının Müdafə naziri cənab Uilyam S.Koenin dəvətilə iyunun 28-dən iyulun 2-dək Vaşinqton şəhərində rəsmi səfərdə olmuşdur.