AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 8-də Ermənistan-Azərbaycan cəbhəsinin Ömər aşırımı sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra yardımçıları, əks tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edəcəklər.