AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 15-dən 19-dək Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi uğrunda şahmat yarışları keçiriləcəkdir.
Martın 16-dan 20-dək Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq İspaniya Krallığı Silahlı Qüvvələrinin inspeksiya qrupu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində inspeksiya keçirəcəkdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu Balacəfərli kəndi sahəsində növbəti monitorinq keçiriləcəkdir.
Martın 10-da saat 22:00-dan 22:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Şəmri və Örükdaş yüksəkliklərindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Başkənd aşırımı sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.