AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 16-dan 20-dək Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq İspaniya Krallığı Silahlı Qüvvələrinin inspeksiya qrupu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində inspeksiya keçirəcəkdir. İnspeksiya qrupunun tərkibində Niderland Krallığı, İtaliya və Portuqaliya Respublikaları Silahlı Qüvvələrinin nümayəndələri də vardır.