AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu Balacəfərli kəndi sahəsində növbəti monitorinq keçiriləcəkdir. Monitorinqdə ATƏT-in şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra yardımçıları, eləcədə ATƏT-in Ali Dərəcəli Planlaşdırma Qrupunun nümayəndələri iştirak edəcəklər.