Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 23 Noyabr 1998 00:00

Noyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı İlhan Kılıçı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 19 Noyabr 1998 00:00

Noyabrın 18-də saat 19:30-dan 19:45-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonu ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Başkənd aşırımında yerləşən bölmələrini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 14 Noyabr 1998 00:00

Noyabrın 13-də saat 19:50-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonunun işğal olunmuş Talış kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndi sahəsindəki mövqelərini qumbaraatanlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 3 Noyabr 1998 00:00

Azərbaycan Respublikası ilə NATO arasında fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 3-dən 5-dək Verona (İtaliya) şəhərində NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlıq konfransı,noyabrın 3-dən 6-dək isə Brüssel (Belçika Krallığı) şəhərində maddi təminat üzrə işçi qrupun 30-cu görüşü keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 3 Noyabr 1998 00:00

Noyabrın 2-də saat 16:35-dən 17:35-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonu ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Kəkil dağı ərazisində yerləşən mövqelərini avtomatlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 2 Noyabr 1998 00:00

Azərbaycan Respublikası ilə NATO arasında fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 2-dən 6-dək Oberomerqau (AFR) şəhərində “Ehtiyat qüvvələrin səfərbər edilməsi”, noyabrın 2-dən 13-dək “Kütləvi qırğın silahlarından müdafiə üzrə təlimlər və əməliyyatların planlaşdırılması üzrə” kurslar, noyabrın 2-dən 6-dək isə Bonn (AFR) şəhərində təlim-təhsilin inkişafı üzrə işçi qrupun görüşü keçirilir.