AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasında fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 3-dən 5-dək Verona (İtaliya) şəhərində NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlıq konfransı,noyabrın 3-dən 6-dək isə Brüssel (Belçika Krallığı) şəhərində maddi təminat üzrə işçi qrupun 30-cu görüşü keçirilir.
Hər iki tədbirdə Azərbaycan Respubikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.