AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 2-də saat 16:35-dən 17:35-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonu ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Kəkil dağı ərazisində yerləşən mövqelərini avtomatlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.