Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 28 Yanvar 1998 00:02

ATƏT sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin mandatına uyğun olaraq, yanvarın 28-də ATƏT missiyasının səhra köməkçiləri polkovnik M.Xoxolaçek və podpolkovnik A.Xerdiçin şəxsində Ermənistan-Azərbaycan qoşunlarının “N” sahəsindəki təmas xəttində monitorinq keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 28 Yanvar 1998 00:01

Yanvarın 26-da “N” bölgəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi kollegiyasının geniş iclası keçirilib.

Müdafiə Nazirliyinin məlumatı 27 Yanvar 1998 00:01

1998-ci il yanvarın 28-dən 30-dək NATO-nun Brüsseldəki qərargah-mənzilində Verifikasiya Əlaqələndirmə Komitəsinin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin müddəalarının həyata keçirilməsi üzrə fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə həsr edilmiş seminar keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 26 Yanvar 1998 00:01

1998-ci il yanvarın 26-dan 28-dək Vyana şəhərində (Avstriya) ATƏT üzvü olan ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə müdafiə siyasəti və hərbi doktrina məsələləri üzrə seminar keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 22 Yanvar 1998 00:01

Yanvarın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev Amerika Birləşmiş Ştatları Qafqaz və Mərkəzi Asiya regionları üzrə Müdafiə Departamenti katibinin xüsusi müşaviri general Con Şiqanı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.