AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il aprelin 29-da saat 16:50-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli rayonunun işğal olunmuş Qaraxanbəyli kəndindəki mövqelərindən 15-16 nəfərlik qüvvə ilə Azərbaycan Ordusunun Alxanlı kəndi sahəsindəki mövqelərinə hücuma keçməyə cəhd göstərərkən Azərbaycan əsgərlərinin sərrast atəşilə qarşılaşıb 3 nəfər itki vermiş və əvvəlki mövqelərinə geri çəkilmişlər.
1997-ci il aprelin 25-də saat 23:20-dən 23:50-dək, aprelin 26-da isə saat 00:50-dən 01:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen və Coğaz kəndləri istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun cənubundakı və Məzəmli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
1997-ci il aprelin 23-də saat 22:20-dən 22:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Şurabad kəndi istiqamətindən Azərbaycan Ordusunun Ağdam rayonunun Təzəkənd yaşayış məntəqəsi sahəsindəki mövqelərini atıcı silahlardan və 82 mm-lik minaatanlardan atəşə tutmuşlar.
1997-ci il aprelin 24-də və 25-də Almaniya Federativ Respublikasının Bonn şəhərində piyadaəleyhinə minaların qadağan edilməsi üzrə ekspertlərin seminarı keçiriləcək.
Aprelin 22-də saat 15:10-dan 15:42-dək və 16:18-dən 17:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen və Sevkar, Tauş rayonunun Paravakar yaşayış məntəqələri istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun cənub sahəsində və Cəfərli kəndi ərazisində yerləşən bölmələrinin mövqelərini atıcı silahlardan və tankəleyhinə qumbaraatanlardan atəşə tutmuşlar.
Ermənistan-Azərbaycan cəbhə xəttində atışmalar davam edir.
1994-cu ilin Vyana sənədi çərçivəsində 1997-ci il aprelin 22-dən başlayaraq, Almaniya Federativ Respublikasının inspeksiya qrupu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində inspeksiya keçirir.
1997-ci il aprelin 22-dən 25-dək Brüsseldə (Belçika Krallığı) NATO-nun mənzil-qərargahında Şimali Atlantika İttifaqının (ŞAİ) illik konfransı çərçivəsində NATO-nun hərbi komitəsinin Müdafiə idarələri rəhbərləri - Baş qərargah rəisləri səviyyəsində iclası keçirilir.
1997-ci il aprelin 21-dən başlayaraq Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqaviləyə uyğun olaraq, İtaliya Respublikasının inspeksiya qrupu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində yoxlama keçirir.
Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəs yenə pozulmuşdur.