AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1996-cı il sentyabrın 21-də “N” bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev sədrliyi ilə “1996-cı ilin birinci yarısında Silahlı Qüvvələrin hissə və birləşmələrində hərbi intizamın və hüquq qaydası vəziyyətinin analizi” mövzusunda Müdafiə Nazirliyi hərbi kollegiyasının geniş səyyar iclası olmuşdur.
1996-cı il sentyabrın 16-dan 21-dək Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin rəhbərliyi ilə “N” bölgəsində plan üzrə komanda-qərargah təlimi keçirilmişdir.
Bu gün ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Baş İdarəsinin hərbi nümayəndə heyəti polkovnik Vernar Tussenin rəhbərliyi ilə Azərbaycana rəsmi səfərə gəlmişdir.
Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inspeksiya qrupu 1996-cı il sentyabrın 12-dən 19-dək Fransa Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrində yoxlama keçirəcəkdir.
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general leytenant (tümgeneral) Əngin Alanın Respublikamızdakı iki illik xidməti başa çatır.