Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 1996 00:01

Müdafiə Nazirliyinin məlumatı

1996-cı il sentyabrın 21-də “N” bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev sədrliyi ilə “1996-cı ilin birinci yarısında Silahlı Qüvvələrin hissə və birləşmələrində hərbi intizamın və hüquq qaydası vəziyyətinin analizi” mövzusunda Müdafiə Nazirliyi hərbi kollegiyasının geniş səyyar iclası olmuşdur. İclasda Müdafiə Nazirinin sosial və siyasi işlər üzrə müavini polkovnik M.Səlimov yarım il ərzində hisssə və birləşmələrdə hərbi və hüquq qaydasının vəziyyətini təhlil edən məruzə ilə çıxış etmişdir. Müzakirələrdə ayrı-ayrı komandirlər tabeliklərində olan bölmələrdə hərbi intizamın vəziyyəti barədə məlumat vermişlər.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev iclasa yekun vurmuş, hissə və birləşmələrdə hərbi intizamın və hüquq qaydaları mühafizəsinin daha da yaxşılaşdırılması yollarını göstərmişdir.
İclasın sonunda Müdafiə Nazirinin əmri oxunmuşdur.