Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general leytenant (tümgeneral) Əngin Alanın Respublikamızdakı iki illik xidməti başa çatır. Onu əvəz edən general-mayor (tuğgeneral) Saldıray Bərk Bakıya gəlmişdir. Hörmətli paşanı Binə hava limanında Müdafiə Nazirliyinin əməkdaşları qarşılamışlar.
Qısa arayış: general-mayor Saldıray Bərk 1948-ci ildə Ərzurumda doğulmuşdur.
1968-ci ildə piyada hərb məktəbini, 1978-ci ildə piyada hərb akademiyasını bitirmişdir. Müxtəlif topçu birliklərində batareya zabiti və batareya komandiri vəzifələrində xidmət etdikdən sonra korpus qərargahında plan zabiti, diviziya hərəkət və təhsil şöbə müdiri, hərb məktəbində müəllim, quru qoşunlarında şəxsi heyət üzrə idarədə layihə zabiti və şöbə müdiri olmuşdur.
Topçu alayı komandiri vəzifəsinə uyğun olaraq, 1995-ci ildə tuğgeneral (general-mayor) rütbəsi almış, sonra 2-ci ordu hərəkət yardımçısı vəzifəsində olmuşdur.
Evlidir, iki övladı var.