Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 1996 00:01

Müdafiə Nazirliyinin məlumatı

1996-cı il sentyabrın 16-dan 21-dək Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin rəhbərliyi ilə “N” bölgəsində plan üzrə komanda-qərargah təlimi keçirilmişdir. Təlimin məqsədi ona cəlb edilmiş hissə və birləşmələrin döyüş hazırlığı səviyyəsini, təlimlənmə dərəcəsini və qoşunları idarəetmənin keyfiyyətini müəyyən etmək idi. Hissə və birləşmələr təlim zamanı təkmilləşməyə doğru yeni bir addım atdıqlarını göstərmişlər.
Müdafiə naziri general-leytenant S.Əbiyev komanda-qərargah təliminin təhlilini keçirmiş, hissə və birləşmələrin fəaliyyətini qiymətləndirmiş, onların qarşısında yeni vəzifələr qoymuşdur.