Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı günü” və andiçmə mərasimi keçiriləcək 5 Noyabr 2018 13:01

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.

Müdafiə naziri tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirib 3 Noyabr 2018 13:56

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

"Azərbaycan Ordusu" qəzeti 3 noyabr 2018-ci il №85 (2301) 3 Noyabr 2018 09:46

Azərbaycan tarixinin mərhələli piramidasının təqdimatına həsr olunmuş “Zirvəyə aparan yol” adlı tədbir keçirildiAzərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən hazırlanmış "Zirvəyə aparan yol" adlı Azərbaycan tarixinin mərhələli piramidasının və Silahlı Qüvvələrimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdikləri qəhrəmanlıqlarından bəhs edən "Fədailər" videoklipinin təqdimatına həsr olunmuş tədbir keçirildi...davamı“Ərazi bütövlüyümüzü bərpa edəcəyik”Oktyabrın 29-da cəbhə xəttində yerləşən "N" hərbi hissəsində Zəngilan rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsinə həsr olunmuş anım tədbiri keçirilib.

HHQ-nin yeni hərbi hissəsi istifadəyə verilib - VİDEO 2 Noyabr 2018 15:30

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb 2 Noyabr 2018 13:13

Noyabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Ordumuzun Azərbaycan peykindən istifadəsi hərbi imkanlarımızı daha da genişləndirir - VİDEO 2 Noyabr 2018 09:00

Müdafiə naziri general-polkovnik Z.Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Noyabrın 1-dək Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait 1 Noyabr 2018 10:02

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il noyabrın 1-dək 94.727.254,86 AZN, 213.577,88 ABŞ dolları, 13036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub 31 Oktyabr 2018 15:15

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə olub.

Monitorinq insidentsiz başa çatıb 31 Oktyabr 2018 12:12

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 31-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Hərbi Akademiyada elmi-praktik seminar keçirilib 31 Oktyabr 2018 11:51

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Müdafiə Nazirliyi arasında 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Hərbi təhlükəsizlik siyasəti” mövzusu üzrə elmi-praktik seminar keçirilib.