Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2021 10:00

"Azərbaycan Ordusu" qəzeti № 8 (2516)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısı qəbulda çıxış edib...davamı



Azərbaycan Prezidenti İlham ƏLİYEV: Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir

Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılığı Azərbaycan naminə cəmiyyətin mənəvi kamilliyinin başlıca şərti bilirdi. Gənclər siyasəti gənclərin siyasi proseslərə inteqrasiyasıdır, qabiliyyətli, istedadlı, vətənsevər gənclərin biliyinin, bacarığının, qabiliyyətinin cəmiyyətin inkişafı sahələrinə tətbiqini təmin edən tədbirlər sistemidir. Ulu öndər Heydər Əliyev deyirdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir"...davamı



İnsanın ən böyük sərvəti sağlamlıqdır

Ümummilli liderimiz Heydər Əliyev daim səhiyyənin qayğısına qalır, bu sahənin davamlı inkişafı üçün lazım olan şəraiti yaradaraq qeyd edirdi: "Özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır." Böyük tarixi şəxsiyyətin tövsiyələrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük sədaqətlə davam etdirir. Hərbi qulluqçuların sağlamlığını qorumaq isə ikiqat şərəfli və məsuliyyətlidir...davamı



Hərb sənətimizin böyük Zəfəri

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə təkcə Qafqaz regionunda deyil, bütün dünyada böyük əks-səda doğurdu. Aparılan döyüşlər noyabrın 10-da Azərbaycanın əzəli və əbədi parçası kimi Dağlıq Qarabağın və ətrafındakı ərazilərimizin  birdəfəlik işğaldan azad olunmasına gətirib çıxardı, Ermənistan ordusunun tam məğlubiyyəti, kapitulyasiyası ilə yekunlaşdı. 44 gün davam etmiş "Dəmir Yumruq" əməliyyatı bütün dünyaya Azərbaycan dövlətinin qüdrətini, ordumuzun nəyə qadir olduğunu nümayiş etdirdi...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu:
Azərbaycan dövlətçiliyinin yaranma tarixi və inkişaf mərhələləri.

Suallar:
1. Qədim Azərbaycanda dövlətçilik ənənələri.

2. Orta əsrlər Azərbaycan dövlətləri haqqında.

3. XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğalı ərəfəsində Azərbaycan dövlətçiliyi.

4. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı