Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2019 10:59

"Azərbaycan Ordusu" qəzeti №75 (2392)

Böyük Qələbəyə az qalıb, Vətən!

Müharibə başlayandan bəri torpaqlarımıza düşən səngərlərdə  qışda soyuğu-sazağı, yayda istini-bürkünü mən də hiss etməmişəm. Bu, səngərlərin yerinə yetirdiyi funksiyanın, səngərdəki əsgərlərin Hərbi anda sədaqətinin, Hərbi andın da rişələndiyi məfkurənin qüdrətidi. Bu qüdrətə görə Vətən səngərdən sərhəd bütövlüyüylə görünür...davamı



Döyüş hazırlığımızı daim artırırıq


Azərbaycan Ordusunda döyüş hazırlığının yüksəldilməsi şəxsi heyətin qarşısında duran başlıca vəzifədir. Ön xətdə yerləşən hərbi bölmələrimiz torpaqlarımızı düşməndən qorumaq üçün mütəmadi döyüş hazırlığı ilə məşğul olurlar. "N" hərbi hissəsinin ərazisində olarkən keçirilən dərs prosesi diqqətimizi cəlb etdi. Dərs prosesini bir az müşayiət etdikdən sonra şəxsi heyətə yaxınlaşırıq...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu: Hərbi qulluqçuların statusu, onların və ailə üzvlərinin sosial müdafiəsi

Suallar:

1. Hərbi qulluqçuların statusunun hüquqi təminatı.

2. Hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqları.

3. Hərbi qulluqçuların təklif, ərizə və şikayət vermə hüquqları.

4. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası...davamı



Vətən üçün döyüşmək şərəfdir

Hər şey Fernando Magellanın dünya səyahətindən sonra başladı. Artıq yerin kürə şəklində olması sirr  deyildi. Dünyanın bu forması həm də baş verən hadisələrin hər yerdə təkrarlandığına dəlalət edirdi. Müharibələr, qırğınlar və talanlar bütün dünyanı əhatə edən hadisə və proseslərdir. İstəsək də, istəməsək də dünyanın istənilən ölkəsində bu və ya digər formada kiçik və böyük münaqişələr mütləq baş verməkdədir. Müharibə isə qarşısı çətin alına bilən xəstəlik kimidir....davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı