Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2021 11:00

"Azərbaycan Ordusu" qəzeti № 54 (2562)

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda çıxışı təqdim olunub

İyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.

Prezident İlham Əliyev çıxışında ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi "Bandunq prinsipləri"nin Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğun olduğunu qeyd edib. Ölkə başçısı bildirib ki, bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü olub. Eyni zamanda 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycana 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik həvalə edilib...davamı



Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan Respublikasının müstəqillik tarixində ən önəmli hadisələrdən biridir


Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır...davamı



Vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsidir

2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq...davamı



Azərbaycanın ərazi bütövlüyü qətiyyətlə qorunur

Vətən müharibəsində qazanılan Zəfərdən sonra söhbətləşdiyim əsgərlərin də, zabitlərin də dediklərini mən bir inamın, inamın işığına dönən bir əminliyin təsdiqi kimi dinləyirdim. Bu inamı da, bu əminliyi də əsgərlərin, zabitlərin yüksək mənəvi-psixoloji hazırlığının ifadəsi bilirdim. Zəfərdən aylar keçəndən sonra da Vətən müharibəsindən danışılanda hamısı bir məqamdan söz açır: döyüşmək istəyirdik, qələbə qazanacağımıza, Sərkərdəmizin əmrini Zəfərlə tamamlayacağımıza əmin idik. Mayor Əfqan Zeynalov da belə deyir...davamı


“Əsgərlərimizin qidalanması ən yüksək səviyyədədir”


Bu gün üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gələrək 30 illik işğala son qoyan Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraiti də rəhbərlik tərəfindən daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Ordu quruculuğunda həyata keçirilən islahatlar şəxsi heyətin sosial-məişət şəraitinə də öz müsbət təsirini göstərib. Vətənimizin keşiyində dayanan igid oğullarımız üçün hərbi hissələrdə ən müasir standartlara cavab verən sosial məişət şəraiti yaradılıb...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı