Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Yanvar 2019 10:30

"Azərbaycan Ordusu" qəzeti 5 yanvar 2019-cu il №1 (2318)

Böyük Qələbə arzusuyla xidmət edirik

Ordu müqəddəs Vətənin qoruyucusu kimi şərəfli bir vəzifəni həyata keçirir. Hər bir müstəqil dövlət mövcudluğunu, təhlükəsizliyini ordusu vasitəsilə təmin edir. Azərbaycan mürəkkəb coğrafi regionda yerləşdiyindən, tarixən xarici hücumlara məruz qaldığından orduya böyük əhəmiyyət verilib. Bu gün torpaqlarımız ermənilərin işğalı ilə üzləşdiyindən xalqın ümid yeri yenə də orduyadı. Xalqımız ordumuzun gücünə bələddi və yaxşı bilir ki, müharibə yolu ilə tarixi torpaqlarımızı düşmən tapdağından azad etməyə qadirdir...davamı

 

 

 

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: 20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır.
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən dövri mətbuatda dərc olunan 20 Yanvar faciəsinə həsr olunmuş yazılardan və digər materiallardan istifadə etməli, dərsin zamanın tələbləri səviyyəsində keçirilməsini təmin etməli, mövzunun tarixi əhəmiyyətini, aktuallığını açıb göstərməli, 20 Yanvar faciəsi ilə bağlı qəbul olunmuş rəsmi sənədləri şəxsi heyət üçün geniş şəkildə işıqlandırmalıdır...davamı








Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş turnir

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müntəzəm olaraq Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsinə həsr olunmuş müxtəlif idman yarışları keçirilir. Sabahımızın zabitləri olacaq kursantlar bu yarışlarda həvəslə iştirak edərək daim həm fiziki, həm də intellektual hazırlıqlarını artırırlar.
Bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı Əhədov Elşad Saday oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri keçirildi. Turnirdə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər...davamı








Yaşıl yarpaq və yaxud ölümsüzlük düsturu

Mahiyyəti vətənpərvərlik olan tədbirlər düşüncələr üçündü. - Vətən naminə nələrsə xatırladılır, xatırladılanlar düşüncələri durulaşdırır...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında 23 iyun 2018-ci il tarixli sərəncamı böyük məsuliyyətlə yerinə yetirilir. Ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani olan tədbir - "Mən öz Xəzərimə vurğunam, ey dost" - mahiyyəti etibarilə ehtiram tədbiridi...davamı

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı