Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2020 11:00

"Azərbaycan Ordusu" qəzeti № 43 (2461)

“Bu döyüşlər bizim növbəti şanlı qələbəmizdi”

Ermənistan silahlı birləşmələri Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisindən dövlət sərhədimizi hücumla pozdu. Azərbaycan hərbçiləri düşmənin qəfil hücumunun  qarşısını aldı. Düşmənin dayaq məntəqələri dağıdıldı, neçə-neçə döyüş texnikası, canlı qüvvəsi məhv edildi. Əməkdaşlarımız döyüşdə yaralanmış hərbçilərimizlə görüşüb...davamı




“Əsgərlərimizin döyüş əzmi, qələbə ruhu yüksəkdir”

İsti bir yay günündə istiqamətimiz özünün gözəl, füsunkar, əsrarəngiz təbiəti ilə göz oxşayan, Azərbaycanın sevilib-seçilən, ərənlər yurdu olan rayonlarından birinədir. Dağ yamaclarının zirvəsinə qalxdıqca sanki göz oxşayan mənzərələr səni valeh edir. Yaşayış yerləri də möcüzəli və maraqlı gəlir insana. Evdən həyətə, həyətdən üzü aşağı bulağa, bulaqdan çaya, çaydan  meşənin içərisinə, meşədən isə dağa qalxırsan. Ürək, qəlb açılır, beyin təzələnir, insanın əhval-ruhiyyəsi yüksəlir. Elə bilirsən ki, dünyanın "Cənnəti"nə düşmüsən, səndən xoşbəxti yoxdur...davamı




Sazlar “Misri” üstə köklənir bu gün...

Hər havacatın mahiyyət aşıladığı ovqat var. Sazın möcüzəsidi bu. Min illərdi belədi, əbədiyyətəcən belə olacaq... Şah İsmayıl Xətainin ordusu döyüşdən qabaq "Urfanı" ("Ruhani") dinləyərdi. Dinləmək nədi, "Urfanı"nı ruhuna köçürərdi, döyüşə (onda döyüşün bircə adı vardı: Qələbə) kökləyərdi. Təzənə simlərə dəyincə ürəklər coşardı, son xalları-gülləri əli qılıncının qəbzəsini sıxanları döyüşə uğurlayardı, döyüş ruhunu zəfərə kökləyərdi; "Urfanı" ("Ruhani") Vətən deyənlərə, torpaq deyənlərə "Zəfər sənin zəfərindi!" deyirdi. "Misri" üstə dinlədiyimiz bu ifa Tovuzda qələbə qazananlara da, şəhidlərin ruhuna da eyni kəlmələri deyir...davamı




Mətbuat cəmiyyətin aynasıdır

Azərbaycanda görkəmli ictimai-siyasi xadim, jurnalist Həsən bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi" qəzeti 22 iyul 1875-ci ildə nəşr olunmağa  başlayıb. Bununla da milli mətbuatımızın bünövrəsi qoyulub. Ölkəmizdə "Əkinçi" qəzetinin nəşr olunduğu gün Milli Mətbuat Günü kimi qeyd edilir.
İlk milli mətbuatımızın işıq üzü görməsindən nə az, nə çox 145 il keçir...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı