Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2021 19:25

"Azərbaycan Ordusu" qəzeti № 41 (2549)

“O günləri həmişə qürurla xatırlayacağam”

Ən yeni silah və texnika ilə təchiz olunan, müasir standartlara uyğun qurulan, dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusu istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir.
Rəşadətli ordumuz ötən ilin 27 sentyabrında başlayan Vətən müharibəsində tarixi zəfər qazandı. Hərbçilərimizin qəhrəmanlığı və iradəsi sayəsində düşmənin ordusu  darmadağın edildi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyiylə torpaqlarımız işğaldan azad edildi...davamı

 

 Günnütdən Qarabağa!

Bəzən zaman elə sürətlə irəliləyir ki, biz zamanın necə ötdüyünün fərqinə belə varmırıq. Amma elə tarixlər, elə anlar var ki, onlar qürurla xatırlanır.
2018-ci ilin may ayı. Şanlı Azərbaycan əsgərinin tariximizə qızıl hərflərlə yazdığı daha bir Zəfər günü.
Həyatımda ikinci dəfə bir jurnalist olaraq hərbi geyimi qürurla geyinmək şərəfinə nail olduğum gün mənim üçün də unudulmaz gün idi. Bu dəfə bizi şərəfli və məsuliyyətli  bir səfər gözləyirdi. Bu səfərin məqsədi Günnüt zəfərini qazanmış qəhrəman Azərbaycan əsgəri ilə görüşmək, əldə edilmiş strateji yüksəkliklərdən çəkilişlər aparmaq idi. Bu yola çıxmaq hər bir Azərbaycan vətəndaşının arzusu və hər bir jurnalistin həyəcanla düşündüyü hisslər idi. Yola həmkarım, tanınmış jurnalist Ruhiyyə Rəsulova ilə birlikdə çıxdıq. Təbii ki, bu bizim üçün böyük xoşbəxtlik idi...davamı


Ən gözəl yallı

Bu ilin mayında Cıdır düzündə yallı gedən əsgərlərimizin timsalında ordumuza ithaf edirəm
Dağların yallısını yazdığım vaxtdan illər keçib. O yazı ürəyimdən keçənlərin söz yallısıydı. Onda könlümüz işğal sazağına qılınc sıyıranların sırasına can atırdı. O vaxtlarda "kor atı minib köndələn çapmaq istəyənlər" Ohanyan səddinin o üzündən bu tərəflərə köntöy-köntöy baxırdı, baxa-baxa sinəsinə döyürdü, sinəsinə döyə-döyə baxışlarında ermənilik qımıldanırdı...davamı

 



"Azərbaycan Ordusu" qəzetinin tam variantı