Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2020 12:59

"Azərbaycan Ordusu" qəzeti № 34 (2452)

“Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Prezident İlham Əliyevə məlumat verildi ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilib...davamı




Ulu Öndərin siyasi irsinin öyrənilməsi bəşəri prosesdir

Böyük tarixi şəxsiyyət Heydər Əliyev sovet dönəmində də, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra da azərbaycançılıq ideologiyasının cəfakeşi olub.
Xüsusi xidmət orqanlarında çalışan əməkdaşın geniş dünyagörüşünə, kifayət qədər yüksək təfəkkürə, analitik təhlil qabiliyyətinə, möhkəm iradəyə, qətiyyətə, ... malik olması ilkin şərtlərdən olub. Heydər Əliyev 1941-ci ildə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında, Xalq Komissarları Sovetində işləyib, 1944-cü ildə dövlət təhlükəsizlik orqanlarına göndərilib...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu: Azərbaycan Ordusunun yaranması və formalaşması tarixi.

Suallar:

1. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu.

2. Azərbaycan Ordusunun yaranmasının hüquqi əsasları və inkişaf mərhələləri...davamı




Hər vətəndaş döyüş növbətçiliyindədir

Azərbaycan əsgərinin döyüş növbətçiliyi Vətənə sevgidi, dövlətə, dövlətçiliyə sədaqətdi. Hansı fəsil olursa-olsun, ayam əsgərlərin könlünə yatırsa, gözəldi, gözəldirsə, bizim də könlümüzcədi. Bu ilin qışı mülayim keçdi. Sərt keçsəydi də döyüş növbətçiliyi aparanların torpağa məhəbbətinə görə, Vətənə sədaqətinə görə, hərbi xidmətin mahiyyətinə görə səngərdəkilərə təsir göstərə bilməzdi. Bu, səngərin qüdrəti deyil, səngərdəkilərin müqəddəsliyə müqəddəs münasibətinin qüdrətidi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı