Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Yanvar 2020 10:08

"Azərbaycan Ordusu" qəzeti №3 (2421)

“Məqsədimiz qələbə qazanmaqdır”

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. İstər düşmənə qarşı mübarizədə, istər torpaqlarımızın təhlükəsizliyinin təmin edilməsində, istərsə də birbaşa döyüş meydanında şəxsi heyətin müsbət nəticələr əldə etməsi döyüş hazırlığından bilavasitə asılıdır. Ordunun əldə etdiyi uğurların arxasında mütəmadi keçirilən döyüş hazırlığı dərsləri, təlimlər və səhra çıxışları dayanır...davamı




20 Yanvar: Tariximizin qanlı və şanlı səhifəsi

Ümummilli lider Heydər ƏLİYEV: Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi...davamı




Sərkərdə ömrü

Ümummilli lider Heydər ƏLİYEV: Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir.

XX əsrin ən dəhşətli və dağıdıcı muharibələrindən sayılan İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə və qələbənin qazanılmasında xalqımızın müstəsna xidmətləri olub...davamı




“Adam gərəkdir dostluqda düz ola”

İnsanlar arasında dostluq münasibətindən müqəddəs hiss ola bilməz. İllər keçsə də, hər zaman dostunu xatırlayır, onu görəndə xoşbəxt olursan. Səmimi qəlbdən güvənə biləcəyin, hər anını bölüşə biləcəyin insanı tapmaq asan deyil. Uşaqlıq, məktəb, universitet, əsgərlik illərindən yalnız az sayda dost qazanmaq olur. İstər şad, istərsə də pis günlərində yanında olmaq, sevincinə, dərdinə şərik olmaq hər bir dostun mənəvi borcudur...davamı




Vətənin hər qarış torpağı əzizdir

- Əziz qardaşım, silah yoldaşım. Bildiyin kimi, əsgərlik əsl kişilik, mətinlik, dözümlülük məktəbidir. Bu məktəbdə əlaçı olmaq hər birimizin müqəddəs borcudur. Bunun üçün Vətənimizə layiqli xidmət etməli, komandirlərimizin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirməli, torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olmalıyıq. Bu yolda uğurla addımlamaq üçün hərbin sirlərinə dərindən yiyələnməliyik. Vətənimizin keşiyində dayandığımız hər anın məsuliyyətini dərk etməli, həmin duyğuları yaşamalıyıq...davamı




“Şəxsi heyətin formalaşmasında fiziki hazırlıq da zəruridir”

“N” hərbi hissədəyik. Hərbi hissədə şəxsi heyəti ilə birlikdə fiziki hazırlıqla məşğul olan gizir Lütvün Həsənovla həmsöhbət oluruq. "Azərbaycan Ordusunun rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində burada müasir standartlara uyğun formalaşdırılan idman şəhərciyi hərbi qulluqçularımızın idmanın bütün növləri ilə məşğul olmasına geniş şərait yaradıb", - deyə söhbətə başlayan gizir Lütvün Həsənov idmanın hər bir kəs üçün əhəmiyətli olduğunu vurğuladı...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı