Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Dekabr 2018 09:50

"Azərbaycan Ordusu" qəzeti 26 dekabr 2018-ci il №100 (2316)

“Qalib Azərbaycan Ordusunun əsgəri olmağı arzulayıram”

Bu gün müstəqil Azərbaycan Respublikasının güclü ordusu, sağlam cəmiyyəti və ən əsası bütün dünyada böyük nüfuzu var. Bu uğurların əldə edilməsində Azərbaycan Ordusunun, onun şəxsi heyətinin misilsiz xidmətləri danılmazdır...davamı

 

 

 

 

Dünya azərbaycanlılarını birləşdirən möhtəşəm gün

31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir...davamı

 

 

 

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Hərbi biliklərə dərindən yiyələnmək, döyüş texnikası və silahlardan bacarıqla istifadə etmək döyüşdə qələbəni təmin edir. Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu yaddan çıxarmamalıdır ki, bu   gün Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb, torpaqlarımızın 20 faizi işğal altındadır. Müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir...davamı

 

 

 

MOİK idmançılarının növbəti uğuru

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun pəhləvanları güləş üzrə Azərbaycan çempionatında uğurlu çıxış ediblər. Bakı İdman Sarayında keçirilən böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı dekabrın 18-də start götürüb. Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışlarda MOİK idmançıları ümumilikdə 14 medal qazanıblar...davamı

 



"Azərbaycan Ordusu" qəzetinin tam variantı